Dünən Federal Hakimlər Komissiyasına (CFA) elektron məktub göndərən Fransa Futbol Federasiyası, müsəlman futbolçuların iftarlarını açması üçün matçların dayandırılmamasını istəyib.
Az.rasthaber.com xəbər verir ki, elektron məktubda federasiya əsasnaməsinin 1-ci maddəsində “Futbol öz oyunçularının siyasi, dini, ideoloji və həmkarlar ittifaqı fikirlərini nəzərə almır. Hamı üçün məcburi olan bu prinsipə riayət olunmasını təmin etmək bütün tərəflərin məsuliyyətidir", - ifadəsi yer alıb və bu müddəaları pozanların cəzalandırıla biləcəyi barədə xəbərdarlıq edilib.