ABŞ Dövlət Departamenti çərşənbə axşamı günü verilən açıqlamanı "qiymətləndirdiyini" açıqlayıb.
Rasthaber Azərbaycan bbc-yə istinadən xəbər verir ki, Əfqanıstanda müvəqqəti kabinetə BMT-nin qara siyahısında olan Molla Məhəmməd Həsən Axund rəhbərlik edir. Başqa bir şəxs - Siracuddin Haqqani FTB (Federal Təhqiqat Bürosu) tərəfindən axtarılır.
Çərşənbə axşamı Əfqanıstanın qərbindəki Herat şəhərində keçirilən etiraz aksiyasında üç nəfər güllələnib.
Tibb işçiləri onların Taliban yaraqlılarının atəş açması nəticəsində öldürüldüklərini bildirib.
Taliban paytaxt Kabildə də küçələrdə yüzlərlə insanın nümayiş etməsi ilə əlaqədar xəbərdarlıq atəşi açıb.
Taliban üç həftə əvvəl Əfqanıstanın böyük bir hissəsini ələ keçirərək əvvəlki seçilmiş rəhbərliyi devirib.