Əfqanıstanın sabiq prezidenti: Konstitusiyaya əsasən prezident mənəm

Əfqanıstanın sabiq prezidenti: Konstitusiyaya əsasən prezident mənəm

“Madam ki Əfqanıstan xalqı səs verərək, hakimiyyəti digərinə həvalə etməyiblər konstitusiyaya görə prezident mənəm.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəni deyib.

Bir il öncə Talibanın Kabili nəzarətə götürməsi zamanı ölkəni təcili tərk edən sabiq prezident, konstitusiyaya əsasən hələ də prezident olduğunu deyib.

“Konstitusiyaya görə, mən prezident olmuşam, Əfqanıstan xalqı qanuni olaraq hakimiyyəti başqasına təhvil verənə qədər mən prezidentəm. Mən xalqın xidmətçisi olmuşam və heç vaxt titullara arxalanmamışam”, deyə o bildirib.

Əfqanıstanın bayrağı qarşısında müsahibə verən sabiq prezident bildirib ki, Taliban liderinə, Hibətullah Axundzadəyə, Molla Ömərə və digərlərinə iqtida etmir.

Qeyd edək ki, bir neçə gün öncə Əşrəf Qəninin müavini Əmrullah Saleh də tvitter səhifəsində konstitusiyaya əsasən birinci-vitse prezident olduğunu bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR