Üç gün öncə Əfqanıstanın cənub-şərqində dağıdıcı zəlzələyə məruz qalan Paktikada yenidən yeraltı təkanlar qeydə alınıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu gün yenidən Paktika əyalətində 4 bal gücündə zəlzələ baş verib.
Taliban hökumətinin Paktika əyaləti üzrə valisi Sənaulla Məsumun sözlərinə görə bu zəlzələ nəticəsində daha beş nəfər ölüb.
O əlavə edib ki, 11 nəfər bu zəlzələdə xəsarət alıb.
Qeyd edək ki, üç gün öncəki 6.1 ballıq zəlzələ nəticəsində 1500 insan həlak olub və 2000-dən çox yaralanıb.