Əfqanıstanın Hindistandakı səfirliyi fəaliyyətini tamam dayandırıb.
Az.rasthaber.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin məlumatında deyilir.
“Əfqanıstan İslam Repsublikasının səfirliyi Yeni Dehlidəki diplomatik missiyasının daimi olaraq bağlanıldığını təəssüflə qeyd edir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Hindistan hökuməti Əfqanıstandakı Taliban hakimiyyətin tanımır. Buna baxmayaraq, hökumət Əfqanıstan səfirliyinin fəaliyyətinə icazə vermişdi.