Əfqanıstanın 12 əyalətində elektrik enerjisi kəsilib

Əfqanıstanın 12 əyalətində elektrik enerjisi kəsilib

Özbəkistandan Əfqanıstana idxal edilən elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Elektrik Enerjisi Milli Şirkəti məlumat yayıb.

Şirkət elan edib ki, Özbəkistandan gələn 220 KV-luq elektrik xəttinin bərpası nəticəsində Kabil, Pərvan, Kapisa, Pəncşir, Nəngərhar, Lağman, Lövgər, Paktiya, Xost, Maydan-Vərdak, Qəzni və Bağlan əyalətləri ərazilərində elektrik enerjisi kəsilib.

Əlavə edilib ki, cümə günü yerli vaxtla səhər 7-dən günün sonuna qədər elektrik enerjisi verilməyəcək.

Özbəkistandan Əfqanıstana idxal olunan elektrik enerjisi ölkənin əsas elektrik enerjisi mənbəyidir və bir neçə həftə əvvəl Özbəkistanda yaranmış texniki nasazlıq səbəbindən elektrik enerjisi kəsilib.

Əfqanıstan daha çox idxal olunan elektrik enerjisinə arxalanır. İndi bu ölkə cəmi 200 meqavat elektrik enerjisi istehsal edə bilir, lakin statistikaya görə, onun ehtiyacı 7 min meqavatdır.

Xəbəri paylaş

VİDEOLAR