Əfqanıstanda yenə polislər hədəf oldu: Ölənlər var

Əfqanıstanda yenə polislər hədəf oldu: Ölənlər var

Əfqanıstanda “Taliban” hərəkatı silahlılarının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 10 əməkdaşı ölüb, 5-i yaralanıb.

“Report” “Tolo News”a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat yayıb.

Hücum Əfqanıstanın şimal-qərbində Baqdis əyalətində olub. Bildirilib ki, silahlı qarşıdurma iki saatdan artıq davam edib.

Bir müddət əvvəl Pasaband qəsəbəsinə hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 7 əməkdaşının öldürüldüyü barədə məlumat yayılmışdı.

Xəbəri paylaş

VİDEOLAR