Əfqanıstanda terror aktı nəticəsində Gürcüstan hərbçiləri yaralandı

Əfqanıstanda terror aktı nəticəsində Gürcüstan hərbçiləri yaralandı

Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edən Gürcüstanın 5 hərbçisi yaralanıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Əfqanıstanda Baqram hərbi bazasına terror hücumu nəticəsində bu ölkədəki sülhməramlı əməliyyatlarda iştirak edən Gürcüstanın 5 hərbçisi yaralanıb.

24news.ge-nin məlumatına görə, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Yüngül yara alan hərbçilərin vəziyyəti sabit qiymətləndirilir. Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

Gürcüstanlı hərbçilər xidmətlərini davam etdirirlər.

Xəbəri paylaş

VİDEOLAR