Yerli polis rəsminin sözlərinə görə, hadisə Qəzni şəhərində baş verib.
Rasthaber Azərbaycan “1TV News”-ə istinadən xəbər verir ki, Əfqanıstanın Qəzni əyalətində ard-arda iki partlayış törədilib.
Silsilə terror aktı nəticəsində 9 dinc sakin həyatını itirib, 2 polis isə yaralanıb.
Yerli polis rəsminin sözlərinə görə, hadisə Qəzni şəhərində baş verib.
İlk olaraq furqon maşın yol kənarı minaya düşərək partlayıb, nəticədə, 3-ü qadın olmaqla, mülki insanlar dünyalarını dəyişiblər.
Daha sonra hadisə yerinə polislər gəldikdə digər mina işə salınıb.