Əfqanıstanda şiələrə məxsus ən böyük məsciddə partlayış törədilib

Əfqanıstanda şiələrə məxsus ən böyük məsciddə partlayış törədilib

Əfqanıstanın Məzar-Şərif şəhərində ən böyük məscidlərdən olan Sə-Dukan məscidində partlayış törədilib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan mətbuatına istinadla xəbər verir.

Bildirilib ki, az öncə Məzar-Şərif şəhərinin ən böyük və ən qədimi məscidlərindən olan Sə-Dukan məscidində partlayış törədilib.

Bu partlayış nəticəsində ölən və yaralananların olduğu deyilir.

Canlı itkilərin dəqiq sayı hələ məlum deyil.

Qeyd edək ki, iki gün öncə Kabilin şiələr yaşayan Dəşt-Pərçi rayonunda iki məktəbdə üç partlayış törədilmiş və burada çoxu məktəblilər olmaqla 27 nəfər həyatını itirmişdi.

Xəbəri paylaş

VİDEOLAR