Əfqanıstanın Məzari-Şərif şəhərində məscidi partlatmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bu barədə "Ariana News" telekanalı yerli polisə istinadən məlumat yayıb.
İŞİD-in əsas üzvü Əbdül Həmid Sanqaryar təhlükəsizlik qüvvələri tərəfindən Bəlx vilayətinin Çahar Bolak rayonunda keçirilən xüsusi əməliyyat zamanı tutulub.
Bəzi məlumatlara görə, Sanqaryarı əvvəllər "Taliban" saxlasa da, o, qaça bilib.
Qeyd edək ki, aprelin 21-də Əfqanıstanın Bəlx əyalətinin Məzari-Şərif şəhərində məsciddə partlayış baş verib. Partlayış nəticəsində ölənlərin sayı 33-ə, yaralılar isə 43-ə çatıb. “Frans Press” agentliyinin məlumatına görə, partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.