Əfqanıstanda məsciddə namaz qılanlara silahlı hücum

Əfqanıstanda məsciddə namaz qılanlara silahlı hücum

Olay Məymənə şəhərindəki məsciddə axşam namazı vaxtı baş verib.

Rasthaber Azərbaycan  xəbər verir ki, Əfqanıstanda bir qrup silahlı şəxs Fəryab əyalətindəki məsciddəki insanlara atəş açıb.

İnsident ötən gün axşam saatlarında Məymənə şəhərindəki məsciddə axşam namazı vaxtı baş verib.

Nəticədə azı 3 nəfər ölüb, daha 3 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Hələ heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Xəbəri paylaş

VİDEOLAR