Əfqanıstanın paytaxtı Kabildə yaraqlılar Siqh məbədinə hücum edib.
APA-nın "Al-Jazeera" kanalına istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstandakı Siqh azlığının parlamentdəki təmsilçisi Narindra Siqh Kalsa bildirib.
O qeyd edib ki, hücumun baş verdiyi məbədə yaxın olub və hadisə ilə bağlı məlumat alan kimi əraziyə gedib: “İkin məlumata görə, hücumda 3 və ya 4 nəfər öldürülüb, 150 nəfər yaralanıb".