Əfqanıstanda iki ABŞ əsgəri ölüb, ikisi yaralanıb

Əfqanıstanda iki ABŞ əsgəri ölüb, ikisi yaralanıb

Əfqanıstanın cənubunda avtomobilin partladılması nəticəsində iki ABŞ əsgəri ölüb, daha ikisi yaralanıb.

Rasthaber Azərbaycan “Report”a istinadən xəbər verir ki, bu barədə “Khaama” agentliyi məlumat yayıb. 

Partlayış şənbə günü Qəndəhar əyalətində baş verib.

Pentaqonun siyasətinə əsasən, həlak olanların adları yaxınlarına bildirildikdən sonra ictimaiyyətə açıqlanacaq. 

Xəbəri paylaş

VİDEOLAR