Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb

Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb

Bazar günü Əfqanıstanın şimalında Samanqan əyalətində hərbi helikopter qəzaya uğrayıb.

Az.rasthaber.com xəbər verir ki, Qəza Samanqan vilayətinin Halm rayonunun Sayad bölgəsində baş verib.

Əfqanıstan Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Məzar-Şərifdən havaya qalxan MD-530 tipli hərbi təyyarə Sayad bölgəsində elektrik xəttinə çırpılıb.

Qəza nəticəsində helikopterin iki pilotu həlak olub.

Xəbəri paylaş

VİDEOLAR