Əfqanıstanda həbsxanadan 100 Taliban döyüşçüsü azad olundu

Əfqanıstanda həbsxanadan 100 Taliban döyüşçüsü azad olundu

Talibanla danışıqlar aparan Əfqanıstan Milli Təhlükəsizlik Şurasının sözçüsü Cavid Feysal bildirib.

Rasthaber Azərbaycan Voa-ya istinadən xəbər verir ki, çərşənbə günü Əfqanıstan hökuməti Talibanla məhbus mübadiləsi mövzusunda danışıqların təxirə salınmasına baxmayaraq, sülh prosesində ilk addım olaraq 100 Taliban məhbusunu azad edib.

Məhkumların sərbəst buraxılması məsələsindəki fərqlər ABŞ-ın Əfqanıstanda 18 ildən çoxdur davam edən münaqişəyə son qoymaq üçün vasitəşilik etdiyi sülh prosesini çətinləşdirir.

"Əfqanıstan İslam Respublikasının hökuməti bu gün səhhətlərini, yaşlarını və qalan cəzalarının müddətini nəzərə alaraq, 100 Taliban məhbusunu azad etdi" - deyə, Talibanla danışıqlar aparan Əfqanıstan Milli Təhlükəsizlik Şurasının sözçüsü Cavid Feysal bildirib.

Birləşmiş Ştatlar və Taliban arasında fevral ayında Dohada əldə edilən razılıq Əfqanıstanda 19 ilə yaxındır davam edən müharibəyə son qoyulması və ölkəyə yerləşdirilən minlərlə amerikalı əsgərin geri gətirilməsi üçün zəmin yaradıb.

ABŞ-ın baş vasitəçisi Zalmay Xəlilzad və Talibanın siyasi məsələlər üzrə sədr müavini Molla Əbdül Qani Bəradər razılığı Qatarın paytaxtında bir hoteldə keçirilən mərasimdə imzalayıblar. Mərasimdə ABŞ-ın dövlət katibi Mayk Pompeo və bir sıra ölkələrin xarici işlər nazirlərləri iştirak edib.

Razılığa əsasən, Vaşinqton və müttəfiqləri Əfqanıstan torpaqlarının transmilli terrorçu qruplara sığınacaq olmayacağına dair zəmanətlər müqabilində bütün hərbi qüvvələri 14 ay ərzində Əfqanıstandakı beş bazadan çıxaracaq.

Həm də Əfqanıstan hökumətinin 5 min Taliban məhbusunu azad etməsi müqabilində, Taliban əsasən hökumətin təhlükəsizlik qüvvələri olmaqla, min məhbusu azad etməlidir.

Xəbəri paylaş

VİDEOLAR