Əfqanıstanda ABŞ bazasına silahlı hücum

Əfqanıstanda ABŞ bazasına silahlı hücum

Hücumu hələ ki, üzərinə götürən olmayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ-ın Əfqanıstandakı ən böyük hərbi hava bazası Bagramda işləyən əfqanlı işçilərə qarşı həyata keçirilən hücumda 6 nəfər ölüb.

Pervan qubernatorluğunun sözcüsü Vahid Şehkar mediaya açıqlamasında qeyd edib ki, Pervan vilayətində olan ABŞ-ın Bagram hərbi hava bazasında işləyən əfqanlı işçilərə qarşı naməlum şəxslər tərəfindən hücum həyata keçirilib.

Sözcü 6 nəfərin öldüyünü, 3 nəfərin isə yaralandığını qeyd edərək, hücum edənlərin qaçdığını önə çəkib.

Hücumu hələ ki, üzərinə götürən olmayıb.

Xəbəri paylaş

VİDEOLAR