Əfqanıstan və Pakistan arasında sərhəd qapısı danışıqları davam edir

Əfqanıstan və Pakistan arasında sərhəd qapısı danışıqları davam edir

Pakistan və Əfqanıstan arasında yük maşını sürücüləri ilə bağlı viza mübahisəsi üzündən yanvarın 12-dən nəqliyyat vasitələrinə bağlı olan Torkham Sərhəd Qapısının açılması üçün danışıqlar davam edir.

Az.rasthaber.org xəbər verir ki, Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid iki ölkə rəsmiləri arasında sərhəd qapısının açılması ilə əlaqədar danışıqların davam etdiyini və ayrıntıların tezliklə ictimaiyyətlə paylaşılacağını bildirib.

Torkham Sərhəd Qapısı yanvarın 12-də Pakistan tərəfindən nəqliyyat vasitələrinin keçidi ilə bağlı viza problemlərinə görə bağlanıb, lakin piyadalar oradan keçməyə davam edir.

Sərhəd qapısının bağlanması daha çox Əfqanıstan tacirlərinin ticarətinə böyük ziyan vurur.

Pakistan və Əfqanıstanın sərhəd bölgəsindəki gərginlik bəzən silahlı qarşıdurmalara səbəb olur. Ona görə Torkham Sərhəd Qapısı bir müddət bağlı qalır.

Qeyd edək ki, iki ölkə arasında 2640 kilometrlik quru sərhədində 18 keçid məntəqəsi var. Torkham və Çaman sərhəd qapıları ən işlək sərhəd qapılarıdır.

Torkham Sərhəd Qapısı sonuncu dəfə 6 dekabr 2023-cü ildə bağlanmışdı.

Xəbəri paylaş

VİDEOLAR