Əfqanıstan sərhədində pakistanlı hərbiçilər yaralandı

Əfqanıstan sərhədində pakistanlı hərbiçilər yaralandı

Bu barədə Pakistanın İctimaiyyətlə Əlaqələr üzrə Qurumlararası Xidmətindən məlumat verilib.

Rasthaber Azərbaycan xəbər verir ki, Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Şimali və Cənubi Vəziristan rayonlarında 3 pakistanlı hərbçi yaralanıb.

Bu barədə Pakistanın İctimaiyyətlə Əlaqələr üzrə Qurumlararası Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, “Əfqanıstan ərazisindəki terrorçular” Şimali Vəziristanın Devaqar bölgəsindəki hərbi postu atəşə tutublar, bundan sonra atışma başlayıb, nəticədə 1 pakistanlı hərbçi xəsarət alıb.

Cənubi Vəziristanın Lədh bölgəsində isə avtomobilin yanında minanın partlaması nəticəsində 2 pakistanlı hərbçi yaralanıb.

“Pakistan terrorçular tərəfindən Əfqanıstan ərazisinin Pakistana qarşı istifadəsini qəti şəkildə pisləyir”, – deyə bildirilib.

Xəbəri paylaş

VİDEOLAR