Əfqanıstan prezidentinin ictimai məsələlər üzrə böyük müşaviri Məhəmməd Həsən Hotak Kabildə öldürülüb.
Rasthaber report-a istinadən xəbər verir ki, Məhəmməd Həsən Hotak evinin qarşısında Kabildə öldürülüb.
Bu barədə Əfqanıstanın 1TV telekanalı polisə istinadən məlumat yayıb.
Məlumata görə, müşavir dünən gecə evinin yaxınlığında qətlə yetirilib.
Əfqanıstan Prezidenti Əşrəf Qani açıqlamasında bu hadisəni terror aktı adlandırıb.