Əfqanıstan Prezidenti Əşrəf Qani vitse-prezidenti və digər yüksək vəzifəli məmurlarla birlikdə bazar günü ölkəni tərk edib
Rasthaber Azərbaycan xəbər verir ki, Taliban döyüşçüləri şəhərin əsas postlarında mövqe tutarkən, Taliban hərbi komissiyasının yüksək üzvləri Kabildəki prezident sarayına daxil olub.
Taliban sözçüsü Zabihullah Mücahid bazar günü döyüşçülərin "Əfqanıstan qüvvələri onları tərk etdikdən sonra xaosun və talanın qarşısını almaq üçün" Kabildəki təhlükəsizlik postlarını və digər qurğuları qorumaq üçün göndərildiyini təsdiqləyib.
Mücahid sakinləri sakitliyə çağıraraq, bu addımın insanların təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını deyib.
Qanidən heç bir şərh almaq mümkün olmayıb.