Pakistan Ordusu İctimaiyyətlə Əlaqələr Ofisindən (ISPR) bu barədə açıqlama yayılıb.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Əfqan təhlükəsizlik qüvvələri üzvləri dünən gecə Haybər Pahtunhva əyalətinin Arandu qəsəbəsinin sərhədinə gediblər.
Məlumata görə, 46 əsgər və polis ölkədəki təhlükəsizlik vəziyyəti səbəbiylə Pakistan-Əfqanıstan beynəlxalq sərhədində vəzifələrini davam etdirə bilmədikləri üçün Pakistan ordusundan sığınacaq statusu və təhlükəsiz keçid icazəsi tələb ediblər.
Pakistan ordusu Əfqanıstan hakimiyyəti ilə ünsiyyət qurduqdan sonra 5-i zabit olmaqla Əfqanıstan ordusu və sərhəd polisinin 46 üzvünə sığınacaq statusu verib.
Xatırladaq ki, Pakistan 1 iyul tarixində də 35 Əfqan əsgərinə ölkəyə təhlükəsiz keçid haqqı vermişdi.
Qeyd edək ki, Əfqanıstanda sülh prosesi qeyri-müəyyən olaraq qalsa da, təhlükəsizlik qüvvələri ilə Taliban silahlılar arasında qarşıdurmalar davam edir.