Əfqanıstan müdafiə nazirinin evinə hücum: Ölənlər var

Əfqanıstan müdafiə nazirinin evinə hücum: Ölənlər var

Əfqanıstan müdafiə nazirinin Kabildəki evinə hücum edilib.

Rasthaber Azərbaycan xəbər verir ki,  Əfqanıstan müdafiə naziri general Bismillə Xan Məhəmmədinin Kabildəki evinə hücum edilib.

Hücum nəticəsində 4 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb.

İtkilərin  hücum edənlər, yoxsa dinc sakinlər tərəfindən olduğu qeyd edilmirş

Əfqanıstan Daxili İşlər Nazirliyindən də bəyan edilib ki, hücum edənlərin hamısı məhv edilib.

Xatırladaq ki, daha öncə hadisə şahidi və polisdəki mənbə bildirmişdi ki, Əfqanıstan müdafiə nazirinin evi yaxınlığında avtomobil partladılıb, bundan sonra isə bir neçə silah şəxs onun evinə daxil olublar.

Nazirin sözlərinə görə, nə onun özü, nə də onun ailə üzvlərindən heç kəs xəsarət almayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hücumda 4 nəfər iştirak edib.

Hücumun arxasında kimlərin durduğu barədə isə hələ məlumat verilməyib.

Xəbəri paylaş

VİDEOLAR