Əfqanıstan Milli Barışıq Ali Şurasının sədri: Taliban danışıqlara ciddi yanaşmır...

Əfqanıstan Milli Barışıq Ali Şurasının sədri: Taliban danışıqlara ciddi yanaşmır...

Əfqanıstan Milli Barışıq Ali Şurasının sədri Abdullah Abdullah, sülh prosesində irəliləyiş olmadığını açıqlayıb.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Abdullah Abdullah, Qətərin paytaxtı Dohada xarici ölkələrin nümayəndələri ilə keçirdiyi görüşdə ölkədəki mövcud vəziyyətə münasibət bildirib.

Əfqanıstan üçün potensial təhdidlərin olduğuna diqqət çəkib.

Mövcud vəziyyətdən xilas olmaq üçün hər iki tərəfin münaqişələrdən imtina edərək siyasi konsensus axtarmasının lazım gəldiyini qeyd edib.

Lakin Talibanın sülh üçün siyasi iradəsinin olmadığını məsələyə ciddi yanaşmadığını, bu səbəbdən danışıqların irəliləmədiyini vurğulayıb.

Talibanın Əfqanıstan xalqı və hökumətinin etimadını qazanmasının şəhərlərə hücumlarını dayandırmasından asılı olduğunu sözlərinə əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR