Əfqanıstanın müvəqqəti hökuməti Quranın yandırılmasına icazə verdiyi üçün İsveçin Əfqanıstandakı bütün fəaliyyətlərinin dayandırıldığını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Əfqanıstanın müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid sosial media hesabında İsveçin Əfqanıstandakı bütün fəaliyyətlərinin Quranın yandırılmasına icazə verdiyi üçün müsəlmanlardan üzr istəyənə qədər dayandırıldığını paylaşıb.
Quranın yandırılmasını “iyrənc bir hadisə” kimi qiymətləndirən Mücahid bütün İslam ölkələrinin İsveçlə münasibətlərinə yenidən baxmalı olduqlarını bildirib.
15 avqust 2021-ci il tarixindən etibarən Əfqanıstanın müvəqqəti hökuməti, İsveç də daxil olmaqla bir çox xarici ölkə Kabildəki nümayəndələrini bağlasa da, İsveçin bəzi yardım təşkilatları ölkədə fəaliyyətlərini davam etdirib.