16.07.2021 11:34:02
Taliban 260 dövlət binasını dağıdıb və ya yandırıb.
Rasthaber Azərbaycan xəbər verir ki, Əfqanıstan hökümətinin idarəetmə komissiyasının sədri Nadir Nadiri ölkəsində 116 rayonun Talibanın nəzarətində olduğunu təsdiqləyib.
Kabulda keçirilən mətbuat konfransı Nadiri bildirib ki, 29 vilayətdə 116 rayonun nəzarəti həqiqətən Talibanın əlindədir və 13 milyondan çox əhali bu rayonlarda yaşayır.
O həmçinin qeyd edib ki, 116 rayonun Talibanın nəzarətinə keçməsilə dövlət və yerli idarəetmə orqanları 500 milyon dollar ziyan görüb.
Nadirinin sözlərinə görə, Taliban 260 dövlət binasını dağıdıb və ya yandırıb.
Talibanın atəşkəs üçün müraciət etdiyini təsdiqləyən Nadiri, qruplaşmanın bunun üçün 7000 üzvünün azad edilməsini istədiyini önə çəkib.
Qeyd edək ki, Taliban 200 rayonun nəzarətində olduğunu iddia edir.