Əfqanıstanın müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid açıqlamasında bildirib ki, Amerika pilotsuz uçuş aparatları Qəndəhar və Nimroz əyalətlərində patrul edir.
Az.rasthaber.com xəbər verir ki, Əfqanıstanın müvəqqəti hökumətinin sözçüsü Zəbihullah Mücahid ABŞ-ın ölkənin hava məkanını pozmasını tənqid edərək, bu məsələyə dəfələrlə etiraz etdiklərini və ABŞ-ın buna ciddi yanaşmalı olduğunu bildirib.
Mücahid açıqlamasında bildirib: "Bəzi qonşu ölkələrin hava məkanından Əfqanıstana gələn bu təyyarələr, şübhəsiz ki, ABŞ-a məxsusdur. Hər kəs bu baxımdan öz məsuliyyətini dərk etməli və təcavüzü dayandırmalıdır".
Mücahid çıxışında heç bir ölkənin adını çəkməyib və vurğulayıb ki, qonşu ölkələr ABŞ pilotsuz təyyarələrinin Əfqanıstanın hava məkanını pozmaq üçün öz hava məkanından istifadə etməsinə icazə verməməlidir.
Bəzi mənbələr daha əvvəl bildirmişdilər ki, son günlər Qəndəhar və Nimroz hava məkanında pilotsuz uçuş aparatları müşahidə edilib.
ABŞ prezidenti Co Bayden Əl-Qaidə lideri Ayman əz-Zəvahirinin 31 iyul 2022-ci ildə Əfqanıstanın paytaxtı Kabildə pilotsuz təyyarənin hücumu nəticəsində öldürüldüyünü açıqlayıb.