Bu barədə Qunduz əyalət şurasının üzvü Əmruddin Vəli məlumat verib.
Rasthaber Azərbaycan xəbər verir ki, Əfqanıstan təhlükəsizlik qüvvələrinin yüzlərlə əməkdaşı Qunduz şəhəri rayonunda “Taliban” terrorçularına təslim olub.
Bu barədə Qunduz əyalət şurasının üzvü Əmruddin Vəli məlumat verib.
Qeyd edək ki, adıçəkilən şəhər Tacikistanla sərhədin yaxınlığında yerləşir.
“Bu gün səhər saatlarında hava limanındakı yüzlərlə hərbi qulluqçu, polis və könüllü qüvvələrinin üzvləri öz təchizatları ilə birlikdə “taliblərə” təslim oldular”, – deyə o bildirib.
Xatırladaq ki, Əfqanıstanda ordu ilə “Taliban” terrorçuları arasında şiddətli döyüşlər gedir.