Fox News-un aparıcısı Baydeni Ukraynadakı münaqişəni uzatmaqda ittiham edib

Fox News-un aparıcısı Baydeni Ukraynadakı münaqişəni uzatmaqda ittiham edib

"Fox News"un aparıcısı Laura İnqram hesab edir ki, ABŞ prezidenti Co Bayden Ukrayna böhranı ilə bağlı uğursuz xarici siyasət yürüdür.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, telekanalın efirində aparıcı bildirib ki, Amerika lideri öz hərəkətləri ilə Ukraynadakı münaqişəni uzadır. 

"Baydenin Ukraynada ABŞ-ın iri həcmli hərbi xərcləri tələb edən addımları bu münaqişəni yalnız uzadır və kəskinləşdirir. Ukraynanın maliyyələşdirilməsi Amerikanın orta sinfinin maraqlarını necə təmin edib? Hazırda bu baş vermir. Baydenin addımları Amerikanın orta təbəqəsinə ağır zərbə vurub. Sanksiyalar səbəbindən yanacağın qiyməti artıb. Bayden strateji neft ehtiyatımızı tükətmək qərarına gəlib", deyə aparıcı qeyd edib. 

Teleaparıcının nöqteyi-nəzərindən Baydenin Ukrayna böhranı ilə bağlı siyasəti Amerika iqtisadiyyatına ancaq ziyan vurur.

İnqram ABŞ Konqresinin belə vəziyyətin ölkənin milli təhlükəsizliyinə necə təsir edəcəyi barədə düşünmədiyini də vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR