Yaponiya səfiri İmam Əli (ə) hərəmində - FOTO

İraqın şəhəri Nəcəfə gedən Yaponiyanın İraqdakı səfiri Futoşi Matsumoto İmam Əlinin (ə) müqəddəs hərəmini ziyarət edib.

Az.rasthaber.com xəbər verir ki, Yapon diplomatı Matsumoto müqəddəs hərəmə etdiyi ziyarətindən bəzi fotoları sosial şəbəkədə paylaşıb.

Futoşi Matsumoto və onu müşayiət edən nümayəndə heyəti hərəmdəki tarixi və arxeoloji abidələri ilə tanış olub.

Yaponiya səfiri daha sonra bu ziyarətdən çox məmnun qaldığını və İmam Əli (ə) hərəminə heyran olduğunu ifadə edib.

Xəbəri paylaş

VİDEOLAR