İslam İnqilabı və Qlobal əks-sədaları adlı Panel keçirildi

TAYDER İslam İnqilabının İranda qələbə qazanmasının 41-ci ildönümü münasibətilə “İslam İnqilabı və Qlobal əks-sədaları” adlı panel təşkil edib.

Rasthaber Azərbaycan xəbər verir ki, İctimai Araşdırma və Yardımlaşma Dərnəyi TAYDER, İslam İnqilabının İranda qələbə qazanmasının 41-ci ildönümü münasibətilə “İslam İnqilabı və Qlobal əks-sədaları” adlı panel təşkil edib.

Paneldə İslam İnqilabının bölgəsəl və beynəlxalq təsirləri, İslam dünyası və bütün müstəzəf xalaqların İslam inqilabından gözlədikləri və İslam inqilabına qarşı əvvəldən həyata keçirilməyə çalışılan planların tərəfləri, üsulları və s. mövzulara işarə olunub.

Paneldə İrandan gələn Abdullah Çiniçian, TAYDER sədri Ziya Türkyılmaz və din alimi Şeyx Səbahətdin Türkyılmaz çıxış edib.

İslam İnqilabından danışan Abdullah Çiniçian “İslam İnqilabı digər inqilablardan fərqlidir. Bu inqilab siyasətçilərin deyil, İslamın İnqilabıdır. İnqilab həmçinin təkcə iranlıların da deyildir. Bəs biz inqilabdan əvvəl də müsəlman idik. Bizə İnqilab nə verdi? İnqilabdan öncə bizim heç nəyimiz yox idi. Bizə bunları siz inqilabsız da edə bilərdiniz. 41 il keçmiş, hər il prezidentlər gəlib etdiklərini danışırlar. 5 min kəndə içməli su çəkdik, bu qədər xəstəxana tikdik və s.”, -deyə bildirib.

O şirkdən danışaraq deyib ki,  “Biz La İlahə İlləllah” deyərək yenidən müsəlman olduq. Şaha Allahın təmsilçisi deyirdilər, bu bir şirk idi. Şah kiçik bir büt idi. Tohiddən sonra bizə Allah Vilayət verdi. ABŞ və digərlərinin də vilayəti var. Lakin onların dostu şeytandır, Allahın Vilayətində olanların dostu Allahdır.

Çıxış edən Ziya Türkyılmaz düşmənlərin planlarından danışıb. Onun sözlərinə görə, İnqilabın qələbə çalmasından bu günə qədər düşmən planlar tökməkdədir.

“İçəridə ilk gündən etibarən planlar başladı. Bu planlar olduqca çox idi. İlk dəfə din alimləri və cərəyanlar İmam Xomeyniyə qarşı çıxdılar. Bəziləri bu inqilabı anti-imperialist deyil, anti komunist adlandırdılar. Bəziləri şiəlikdə dövlətçilik yoxdur deyə qarşı çıxdılar. Vilayət təkcə İmam Zamana aiddir deyərək, etirazlar və fikirlər yaydılar. Hələ də İranda ABŞ-la mübarizəni mübah görməyən cərəyanlar var. Ayrı qrup solçular və münafiqlərdir. Bunlar əvvəl islamçılarla bir oldular, sonra ayrıldılar. Silahlı mübarizəyə qalxdılar. Dəniz Qüvvələrinin komandanı Sovet casusu çıxdı. “Xalqım mücahidləri” adlı təşkilat istədikləri qurulmadı deyə, İraqda baza qurum Səddama satıldılar. Revizionistlər də inqilaba qarşı idilər. İranda ən təhlükəli qrup İnqilabın qarşısında bunlar idi. Yəni inqilabla mübarizə aparıb, yorulduqları için bunlar hələ də düşməndirlər. Hazırda hökümətin içində bəzi məsul vəzifədə olanlardan bəziləri bu inqilaba inanmayanlardan təşkil olmuşdur.”, -deyən Ziya Türkyılmaz daha sonra İnqilaba qarşı FETÖ və vəhabilərin fikirlərindən danışıb.

“İslam İnqilabından sonra ilk olaraq vəhabilər hərəkətə keçirildi. Bir çox cərəyanı yaratdılar. FETÖ İslam inqilabına qarşı işləyən cərəyandır. Türk ölkələrində bu mövzuda çox iş görmüşdü – ABŞ isə onları idarə edirdi.

Avropa Milli Görüş Hərəkatı sədri dr. Zeynulabidin İraq Kərkükündəndir. Günlərin birində İnqilabın içində olmuş bir alim Almaniyada çıxış edər. İnqilabın zəhmətlərindən danışar. Paltarlarını qaldıraraq kürəyini açaraq işkəncə izlərini göstərir. Bunu görən tədbirdəkilər ağlamağa başlayar. Dr. Zeynulabidin iclasdan sonra tələbələrilə keçirdiyi yığıncaqda “Bizim düşmənimiz İrandır, şiədir. Amma bir şey deyə bilmirik. Bundan sonra bunun təsirlərini azaltmaq üçün siz gənclər çalışacaqsımız. Gülbəttin Hikmetyarın iclasında Tehranda dedi ki o, Halbuki İran ən çox Əfqanıstana kömək edən ölkə idi. Tehranda əfqanların qərargahı var idi. Türkiyəlilərə dedi ki, gec-tez bizim düşmənimiz İrandır, Sovet İttifaqı deyil.”

Dünya imperialistlərindən danışan Şeyx Səbahətdin Türkyılmaz “Qərb mədəniyyətində çox önəmli addımlar atıldı. İntibah dövrülə başladı, fransız inqilabı ilə işi o yerə gətirdilər ki, dünyanın bütün ana xətlərini əllərində saxlayırlar. 3 güc – silah gücü , media gücü  və pul gücü” bunların əlindədir. Firon, Qarun və Samirri. Quran da deyir, yeni şey deyil.  İntibah dövrü 4 şəxs tərəfindən başladıldı.  Nəticəsi fransız inqilabı ilə qələbə qazandılar. İntibahla başlayıb, fransız inqilabı ilə bilirsiz nə etdilər? İnsanı Allahdan uzaqlaşdırıb humanist etdilər. İslam İnqilabı humanist olan insanı gətirib Tohidə daxil etdi. İkisidə insanı azad etdi. Biri insanı Allahın əlindən qurtardı. İnsanı dinin əlindən qurtardı. İnqibah və fransız inqilabına yenidən doğuş dedilər. İslam İnqilabı isə humanistləşən, sekulyarlaşan və materiallaşan şirk içində olan insanı Allaha tərəf Tohidə gətirırək əsl azadlıq verdi.”, -deyə bildirib.

Daha sonra Şeyx Səbahətdin Türkyılmaz deyib: “İnqilab hədəfdir? İnqilab prosesdir? Yoxsa İnqilab  vasitədir?Bəziləri İnqilabın hədəf olduğunu deyirlər. Yəni şahı devirdik, Vilayəti Fəqihimiz rəhbərimizdir. Milli Məclis deputatları mömin, müttəqidirlər və . İkinci qism deyir ki, xeyir inqilab vasitədir. Yəni deyirlər bu inqilabdan vasitə olaraq istifadə edib İslam Dövləti qurmaq istəyirik. Milli, bölgəsəl bir inqilab deyil. Dünyaya İslam Dövlətini göstərmək istəyirik. Bu ikinci fikirdir. Üçüncü qism isə inqilabın bir proses olduğunu deyirlər. Yəni prosesdir nə deməkdir? Yəni hədəf desəniz, hədəfinizə çatdınız. Sosialist və digər ölkələr kimi İslam respublikası quruldu – bu da hədəfiniz olduğunuz üçün bitmiş sayılır. İkinci cür düşünənlər “vasitə” dedikləri üçün. Siz inqilabdan vasitə kimi istifadə edib hədəfiniz olan dövləti qurdunuz, yəni istədiyinizə çatdınız. Lakin üçüncü qism düşünənlər deyirlər, xeyr, bu prosesdir. Yəni biz bu inqilabı Vilayətə aparacağıq. İslam höküməti, İslam Dövləti və İslam Mədəniyyəti prosesdir ki, bu Vilayətə bağlanmalıdır. Hədəf budur. İnqilabı İmam Zamanın Qlobal Dövlətinə bağlayacağıq.

İslam İnqilabını biz belə - proses olaraq tanısaq, inqilab tədrici olaraq davam edər. Əgər bəziləri kimi milli olaraq görülsə, hədəfə çatmışdır. Bəziləri bu cür baxır. Deyirlər daha hədəfimizə çatdıq, Amerika ilə razılığa gələk. “Biz döyüşmək üçünmü yaradılmışıq, oturaq Masaya Avropa, ABŞ ilə danışıq edək”, -deyirlər. Onlar üçün inqilab bitdi. İkinci qism də razılaşmaya meyllidir. Onlar da, İslam Dövlətini qurmaq üçün danışıq, müzakirə yolunu seçirlər. Üçüncü qism deyir ki, nə Amerika, nə müzakirə? Biz İnqilab etdik ki, bunu Vilayətə - İmam Zamana təhvil verək. Düzdür  bu cür düşünənlər azdır, lakin İmam Xomeyni, Ayətullah Xamenei kimi fikir sahibləri bu cür düşünürlər. İmam Xomeyni əvvəldən dedi ki, biz bu inqilabı etdik, bu İmam Zamanın qlobal inqilabının müqəddiməsinə zəmindir, hazırlığıdır. İmam Xomeyninin addımları bu inqilaba bir proses kimi baxdığını göstərir. İmam Xomeyni buyurur:  “İranı İslam üçün istəyirəm, İslamı İran üçün deyil.” Bu bir fəlsəfəni bəyan edir. Yəni bizim hədəfimiz İran, bölgə deyil. Bizim hədəfimiz dünyadır, inqilabı mərhələlərlə aşaraq Vilayətə çatdırmaqdır hədəf. “

Xəbəri paylaş

VİDEOLAR