Forbes: BƏƏ Amerikanın təsiri altından çıxır

Forbes: BƏƏ Amerikanın təsiri altından çıxır

İqtisadi jurnal "Forbes" hesabatında Səudiyyə Ərəbistanından sonra Amerika müttəfiqlərinin orbitini tərk etmək növbəsinin indi BƏƏ-də olduğunu yazıb.


“Russia Elium” xəbər saytının məlumatına görə, Forbes yazır: “Hər şey Səudiyyə Ərəbistanı ilə başladı; Co Baydenin iyul ayında Ər-Riyada səfəri zamanı onu soyuq qarşılayıblar.

Səudiyyəlilər İranla yaxınlaşmada Çini vasitəçi seçdilər, növbəti yerdə Birləşmiş Ərəb Əmirlikləridir."

Bu hesabatın davamında deyilir: BƏƏ də Səudiyyə Ərəbistanı kimi bir çox cəhətdən ABŞ-dan nümunə götürdü, lakin bundan sonra Əbu-Dabi BƏƏ-nin ümumi maraqları üçün çalışacaq.
Forbes bu hesabatına əlavə edib: Bu o deməkdir ki, BƏƏ ABŞ-la fikir ayrılığına düşməlidir və ya geosiyasi məsələlərdə öz maraqlarını Amerikanın maraqlarından ayırmalıdır.

Xəbəri paylaş

VİDEOLAR