"Fələstinlilərin evini yandıran rejimin öz evi də yandı"

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Qüdsü işğal edən sionist rejim daxilində artan etiraz dalğası, daxili qarşıdurma və görünməmiş siyasi gərginliyə reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Twitter səhifəsində yazıb:

"İşğalçı rejimin qatil baş nazirin qüdrətini və sağ qalma imkanını artırmaq cəhdi Fələstin torpaqlarını qəsb edənlər arasında misli görünməmiş etirazlar və küçə toqquşmaları yaradıb, sionist cəmiyyətin daxili kövrəkliyini bir daha ortaya qoyub.

Gülməli olan odur ki, Amerika və Avropa, xüsusən də İngiltərə hələ də demokratiya bəhanəsi ilə işğala və aparteidə əsaslanan saxta formasiyanı dəstəkləməkdə davam edir!”.

Xəbəri paylaş

VİDEOLAR