Fələstinlilər Tel-Əviv Universitetinin qarşısında aksiya keçirib

Fələstinlilər Tel-Əviv Universitetinin qarşısında aksiya keçirib

1948-ci ildə işğal olunmuş ərazilərdə yaşayan fələstinlilər sionistlərin Cenində fələstinlilərə qarşı hərəkətlərinə etiraz olaraq Tel-Əviv Universitetinin qarşısına toplaşıblar.

Az.rasthaber.com xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, 1948-ci ildə işğal olunmuş ərazilərdə yaşayan fələstinlilər Tel-Əviv Universitetinin qarşısına toplaşaraq, sionist rejimin işğal olunmuş Ceninə son vəhşi hücumunu pisləyiblər.
Bu xəbərə əsasən, fələstinli gənclər Fələstin bayrağını ucaltmaqla, sionistlər tərəfindən Cenin düşərgəsində fələstinli fəalların şəhadətini pisləyib və şüarlar səsləndirərək, sionist rejimin tənəzzül və məhvə doğru irəlilədiyini vurğulayıblar.
Cümə axşamı İordan çayının qərb sahili, sionist ordusunun Cenin şəhərinə hücumunun və yeni cinayətin şahidi olub, bu zaman 11 Fələstin vətəndaşı şəhid olub və azı 20 nəfər yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR