Dünən minlərlə fələstinli Məscidül-Əqsa və İbrahim əl-Xəlil məscidində səhər namazını qılıb.
Az.rasthaber.com xəbər verir ki, Qüdsün müxtəlif yerlərindən, 1948-ci ildə işğal olunmuş ərazilərdən və İordan çayının qərb sahilindən fələstinlilər səhər namazını qılmaq üçün Məscidül-Əqsaya axışıb.
Əl-Xəlil şəhərində minlərlə fələstinli səhər namazı üçün İbrahim Əl-Xəlil məscidinə axışaraq, yəhudiləşdirmə cəhdləri və işğalçı administrasiyanın planlarına müqavimət göstərməyin yeganə yolunun məsciddə keşik çəkmək olduğunu bildirib.