Fələstinlilər məscidlərə axışdı: Keşik çəkəcəyik!

Fələstinlilər məscidlərə axışdı: Keşik çəkəcəyik!

Bu gün Əl-Əqsa və Əl-Xəlil şəhərlərində minlərlə insan Həzrəti İbrahim məscidi də daxil olmaqla, görüşün keçiriləcəyi Qüds və İordan çayının qərb sahilindəki böyük məscidlərə axışıb.

Az.rasthaber.com xəbər verir ki, bu gün cümə günü münasibətilə Məscidül-Əqsada böyük izdiham toplandığı üçün camaat nəinki Qiblə Məscidi hissəsinə sığmayıb, hətta həyətlər də camaatla dolu olub.

Həzrəti İbrahim məscidində də böyük izdiham yaşanıb.

Məscidə gələnlər bildirib ki, buranı yəhudiləşmənin məngənəsindən xilas etməyin yolu bura toplaşıb keşik çəkməkdir.

Bundan əlavə, İordan çayının qərb sahilinin bəzi digər şəhərlərindəki məscidlərdə də izdihamlı sübh namazı qılınıb.

Xəbəri paylaş

VİDEOLAR