Media mənbələri sionist rejim ordusunun bir pilotsuz təyyarəsinin Qəzza zolağının şimalında fələstinli gənclər tərəfindən vurulduğunu bildiriblər.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Qəzzanın şimalındakı Tubasın cənubunda yerləşən Əl-Fareə düşərgəsinin fələstinli gəncləri sionist rejimə məxsus bir PUA-nı vurublar.
Sionist rejim ordusu bir bəyanatda Qərb sahilinin şimalında PUA-larından birini itirdiyini rəsmən təsdiqləyib, amma bu pilotsuzun texniki problemlər səbəbindən Tubas bölgəsində qəzaya uğradığını bildirib.
Fələstinli mənbələr dünən də Qəzza zolağının şimalında sionist rejimin vurulmuş PUA-sının tapıldığını bildiriblər.