Fələstinlilər BƏƏ və Səudiyyə xəyanətinə lazımi cavabı verməlidirlər

Fələstinlilər BƏƏ və Səudiyyə xəyanətinə lazımi cavabı verməlidirlər

"İslami Cihad" hərəkatının Baş katibi Ziyad ən-Nəhalə açıqlama verib

Rasthaber Azərbaycan eastnews-a istinadən xəbər verir ki, Fələstinin "İslami Cihad" hərəkatının Baş katibi Ziyad ən-Nəhalə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini tənqid edib.  

Ziyad ən-Nəhalə açıqlamasında bildirib ki, işğalçı İsrail rejiminin Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik əlaqələr üçün Səudiyyə Ərəbistanı hava sahəsindən istifadə etməsi qəbul olunmaz haldır.

  "Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Fələstin xalqına böyük zərbə vurmağa çalışdılar. Fələstinli qruplar baş verən xəyanətə lazım olan cavabı verməlidirlər", - deyə Ziyad ən-Nəhalə diqqətə çatdırıb.  

O, qeyd edib ki, Fələstin xalqı bu gün müqavimət və cəbhəsinə böyük ümid bəsləyir. 

Xəbəri paylaş

VİDEOLAR