Bundan sonra BƏƏ-li rəsmilər ərazini tərk etməli olublar.
Rasthaber Azərbaycan AA-ya istinadən xəbər verir ki, fələstinlilər BƏƏ-dən olan nümayəndə heyətini “əl-Əqsa” məscidinin ərazisinə buraxmayıblar.
BƏƏ nümayəndə heyəti İsrail polisinin müşayiəti ilə “əl-Əqsa”-ya gəlib.
Fələstinlilər BƏƏ rəsmiləri ilə mübahisə edərək Əbu-Dabinin İsraillə münasibətləri normallaşdırmasını qınayıb və “əl-Əqsa” ərazisini dərhal tərk etməyi tələb ediblər.
Bundan sonra BƏƏ-li rəsmilər ərazini tərk etməli olublar.
Xatırladaq ki, BƏƏ və Bəhreyn 15 sentyabrda Ağ Evdə İsraillə münasibətlərin normallaşdırılmasına dair saziş imzalayıblar.