Fələstinli uşaqlar ağır qida çatışmazlığı ilə üz-üzədir

Fələstinli uşaqlar ağır qida çatışmazlığı ilə üz-üzədir

Sionist rejim aclıqdan Qəzzada fələstinli mülki əhaliyə qarşı silah kimi istifadə edir. Bu böhran, həmçinin Qəzzada yaşayış məntəqələrinin, dinc sakinlərin, o cümlədən tibb mərkəzlərinin geniş şəkildə bombalanması Fələstin xalqının soyqırımına yol açır.

Az.rasthaber.com xəbər verir ki, Əl-Cəzirə telekanalının məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı bu gün (çərşənbə günü) fələstinli uşaqların aclıq və qıtlıq təhlükəsi ilə üzləşdiyini açıqlayıb.

Bu beynəlxalq təşkilatın direktoru Tedros Adhanom Qəzza əhalisinin böyük bir hissəsinin hazırda aclıq və qıtlıq şəraiti ilə mübarizə apardığını vurğulayıb. Bu arada, uşaqlar üçün vəziyyət daha pisdir.

O, bildirib ki, Qəzza zolağına humanitar yardımlar göndərilməsinin artması ilə bağlı xəbərlərə baxmayaraq, dəlillər göstərir ki, ehtiyaclı ailələrə kifayət qədər ərzaq çatdırılmır.

Xəbəri paylaş

VİDEOLAR