Fələstinli əsirlər İsrail zindanlarında ağır işgəncələrə məruz qalıb

Fələstinli əsirlər İsrail zindanlarında ağır işgəncələrə məruz qalıb

Cümə axşamı sionist rejim zindanlarından azad edilmiş 40 fələstinli əsirin bədənində şiddətli döyülmə və işgəncə izləri müşahidə edilib.

Az.rasthaber.com xəbər verir ki, işğalçı İsrail rejimi dünən 40-dan çox fələstinli əsiri azad edib.

Fələstinli Məhbuslar Klubu yaydığı bəyanatda bildirib ki, "azadlığa buraxılan əsirlərin bir qismi, xüsusən də Negev həbsxanasından çıxanlar dəri xəstəliklərinə düçar olublar".

Bu bəyanata əsasən, Negev əvvəllər fələstinli məhbuslara qarşı işgəncə cinayətlərinin şahidi olan sionist rejimin ən mühüm həbsxanasıdır. Bu məsələ aidiyyəti qurumlar tərəfindən sənədləşdirilən onlarla sənəddə öz əksini tapıb.

Fələstin Məhbuslar Klubu əlavə edib: “Onların azadlığa buraxılmasından sonrakı ilk fotoları göstərdi ki, sionist rejimin orqanları tərəfindən onlara qarşı ardıcıl və mütəşəkkil cinayətlər və işgəncələr nəticəsində onların siması dəyişib.”

Məhbusların işləri üzrə Fələstinin bu müvafiq qurumu əlavə edib: “Fotolar bu cinayətlərin onlar üzərində təsirinin bir hissəsini göstərir və onlardan bəziləri buraxıldıqdan sonra xəstəxanalara aparılıb.”

Xəbəri paylaş

VİDEOLAR