Ufer və Əlnəqəb məhbəslərindəki fələstinli əsirlər bildiriblər ki, 65 gündür aclıq keçirən əsir ilə həmrəylik məqsədilə aclıq keçirəcəklər.
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, Əlxəlilin cənubunda yerləşən və Dura şəhərindən olan fələstinli əsir Qəzənfər Əbu-Ətvan müvəqqəti və ya idari həbs adlı mühakiməsiz həbsə etiraz olaraq, dalbadal 65 gündür aclıq aksiyası keçirir.
Təqribən 4500 fələstinli, o sıradan qırx qadın, 250 uşaq və təqribən 520 mühakiməsiz məhbus sionist rejim zindanlarında həbsdədirlər.