İnsan haqları mərkəzi sionistlərin fələstinli məhbuslara qarşı yeni cinayət törətdiyini bildirib və elan edib ki, sionist rejim bu insanlara naməlum bir maddəni zorla iynə ilə vurub və onun təsiri onların bədənlərində görünür.
Az.rasthaber.com xəbər verir ki, Avropa-Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatı öz bəyanatında işğalçıların fələstinli məhbuslara qarşı yol verdiyi qəddarlıq və təzyiqləri açıqlayıb.
Tibb mənbələri də, azad edilən məhbuslardan 33-ünün səhhətinin pis olduğu üçün Qəzza zolağının şimalındakı Kamal Advan xəstəxanasına getdiyini və bəzilərində işgəncə əlamətlərinin olduğunu açıqlayıb.