Fələstinin səhiyyə rəsmilərinin bildirdiyinə görə, İsrail ordusu bazar ertəsi İordan çayının qərb sahilində etirazçılara atəş açaraq, bir gənci öldürüb
İsrail Ordusu Əl-Xəlildə 22 yaşlı gənci qətlə yetirib.
Qətl hadisəsinin videosundan görünür ki, əsgərlərə yaxınlaşan 22 yaşlı Ömər Əl-Bədəvi əlini yuxarı qaldırır və silahsız olduğunu bildirmək istəyir.
Qəfil atəş açılır və gənc yerə yıxılır.
Rəsmi mənbələr qeyd edir ki, Əl-Xəlil bölgəsinin Al-Arrub ərazisindəki qaçqın düşərgəsinə yaxın evlərə İsrail atəşi nəticəsində yanğın baş verib. Evdən çıxaraq yanğınan canını qurtarmaq istəyən gənc məhz İsrail hərbçilərinin qəfil atəşinə məruz qalıb.