Fələstinin insan haqları və vətəndaş təşkilatının qərargahına hücum edilib

Fələstinin insan haqları və vətəndaş təşkilatının qərargahına hücum edilib

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində bir neçə fələstinli insan haqları və vətəndaş cəmiyyəti təşkilatlarının qərargahına basqın edərək insan haqları qruplarına qarşı növbəti repressiv fəaliyyətini həyata keçirib.

Az.rasthaber.com-un SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə Fələstinin rəsmi “Wafa” xəbər agentliyi məlumat yayıb.Reyd işğal altındakı İordan çayının qərb sahilindəki Ramallah və Əl-Birah şəhərlərində insan haqları ilə bağlı 7 QHT-ni hədəf alıb.

Yerli media xəbər verir ki, İsrail əsgərləri və polisi gecə reydlərində “yeddi müəssisəni bağlayıb və əmlakını müsadirə edib”.

Bu addım fələstinlilərlə israillilər arasında şiddətli toqquşmalara səbəb olub. İsrail silahlı qüvvələri Əl-Həq ofisi yaxınlığında etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib, fələstinlilər isə hərbçilərə daş və molotof kokteyli ilə cavab veriblər.

 

Xəbəri paylaş

VİDEOLAR