“Fələstinin BMT-nin üzvü olması barədə qərarı təşkilatdakı ölkələr verməlidir”

“Fələstinin BMT-nin üzvü olması barədə qərarı təşkilatdakı ölkələr verməlidir”

“Fələstinin BMT-nin tamhüquqlu üzvü kimi qəbul edilməsi qərarını dünya təşkilatındakı ölkələr özləri verməlidir”.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, BMT-nin tamhüquqlu üzvlüyünə qəbul prosesi iştirakçı ölkələrin əlindədir və baş katibin iştirakını tələb etmir.

Fələstin Dövlətinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur BMT Baş Assambleyasının iclasında çıxışı zamanı bildirib ki, işğalçı İsrail-Fələstin münaqişəsi başa çatdıqdan sonra iki dövlətin birgə yaşaması prinsipinin reallaşması üçün Fələstinin dünya təşkilatına tamhüquqlu üzv olması tələb olunur.

Xəbəri paylaş

VİDEOLAR