İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani deyib: “Fələstinin Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzv kimi qəbul edilməsi Fələstin xalqının məruz qaldığı tarixi haqsızlıqların aradan qaldırılmasında ilk addım və mühüm məqamdır.”
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani yerli vaxtla cümə günü BMT Baş Assambleyasının iclasındakı çıxışında əlavə edib: “İran İslam Respublikası Fələstinin Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzvlüyünü dəstəklədiyini bəyan edir. Fələstinin Birləşmiş Millətlər Təşkilatının tamhüquqlu üzvü kimi qəbul edilməsi Fələstin xalqının məruz qaldığı tarixi haqsızlıqların aradan qaldırılmasında ilk addım və mühüm məqamdır.”
İran İslam Respublikasının BMT-dəki yüksək vəzifəli diplomatı deyib: “Bu yaxınlarda təsdiq edilmiş qətnamədə aydın şəkildə vurğulanır ki, Fələstin ölkəsi Nizamnamənin 4-cü maddəsinə uyğun olaraq Birləşmiş Millətlər Təşkilatına üzv olmaq hüququna malikdir.”
İrəvani vurğulayıb: “İran İslam Respublikası Baş Assambleyanın bugünkü qərarını təsdiq edir və dəstəkləyir. Bu qərar beynəlxalq ictimaiyyətin Fələstin xalqı qarşısında öhdəliklərinin yerinə yetirilməsi istiqamətində kiçik, lakin həyati vacib addımdır və Fələstinin bəzi təbii hüquqların bərpasıdır. Fələstin sülhə sadiqliyini və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsindən irəli gələn öhdəlikləri yerinə yetirmək qabiliyyətini nümayiş etdirib və nəticədə, Birləşmiş Millətlər Təşkilatına tam üzvlüyə layiqdir.”