Fələstində 6 ayda 28 sionist öldürülüb

Fələstində 6 ayda 28 sionist öldürülüb

2023-cü ilin birinci yarısında işğal olunmuş Fələstin ərazilərindəki müqavimət əməliyyatlarında ümumilikdə 28 sionist əsgər və mühacir həlak olub.

Az.rasthaber.com xəbər verir ki, sionist işğal rejiminin bütün təcavüzkar rəftarı, təzyiqləri, blokadası və qətllərinə baxmayaraq, Fələstin xalqının işğala qarşı qətiyyətli müqaviməti davam edir.

Ərəb KİV-lərinin məlumatına görə, müqavimət qruplarının 2023-cü ilin birinci yarısında 1948-ci ildə işğal olunmuş İordan çayının qərb sahili, Qüds və Fələstin ərazilərində keçirdiyi əməliyyatlarda ümumilikdə 28 sionist əsgər və mühacirlər öldürülüb.

Bu ilin birinci yarısında fələstinlilər sionist İsrail əsgərləri və mühacirlərinə qarşı təxminən 3640 müxtəlif müqavimət əməliyyatı həyata keçirib.

Eyni dövrdə müqavimət qruplarının işğal olunmuş ərazilərə raket zərbələri nəticəsində 362 nəfər yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR