Fələstin xalqına vurulan arxadan zərbə tarixdə qalacaq - Haniyə

Fələstin xalqına vurulan arxadan zərbə tarixdə qalacaq - Haniyə

İsmayıl Haniyə Birləşmiş Ərəb Əmirliklərinin İsrail rejimi ilə diplomatik əlaqələri normallaşdırmasını yenə tənqid atəşinə tutub

Rasthaber eastnews-a istinadən verdiyi xəbərə görə, Fələstinin HƏMAS hərəkatının Siyasi bürosunun sədri İsmayıl Haniyə Birləşmiş Ərəb Əmirliklərinin İsrail rejimi ilə diplomatik əlaqələri normallaşdırmasını yenidən tənqid edib.  

İsmayıl Haniyə açıqlamasında vurğulayıb ki, Fələstin xalqına vurulan arxadan zərbə nə tarixdən, nə də ki fələstinlilərin yaddaşından silinəcək.  

"Bəzi ərəb ölkələrinin ABŞ-a məxsus Yüz ilin sövdələşməsi planını normal qəbul etməsi faciədir. Bu plan Fələstin xalqının ziyanına olan müstəmləkəçilik aktının başlanğıcıdır", - deyə İsmayıl Haniyə diqqətə çatdırıb.  

O qeyd edib ki, baş verənlərə baxmayaraq, HƏMAS və digər müqavimət hərəkatları Fələstin xalqının yanında olmağa davam edəcək.

Xəbəri paylaş

VİDEOLAR