19.04.2022 12:42:22
Fələstin Üləma Şurasının rəsmi sözçüsü vurğulayıb ki, Fələstin xalqı yüksək mənəvi ruha malikdir, çünki müqavimət, xüsusən də İran bu xalqı dəstəkləyir.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Üləma Şurasının rəsmi sözçüsü Məhəmməd Saleh əl-Mud, əl-Aləm televiziyasına müsahibəsində deyib:
"İslam İnqilabının Dini Rəhbəri Seyid Əli Xamenei, Fələstinin azad edilməsini, İranın Qüds qüvvələrinin komandanı İsmayıl Qaani isə hadisələrin ciddi şəkildə izlənilməli olduğunu vurğulayıb. Bu vəziyyət Fələstin xalqının torpaqlarının azad ediləcəyinə ümidini artırdı”.
Məhəmməd Saleh əl-Mud İranı super güc ölkəsi kimi xarakterizə edərək bildirib:
"İşğalçı rejim əvvəllər heç bir cavab almadan başqalarına qarşı cinayətlərini, qətllərini davam etdirirdisə, bu gün müqavimət sayəsində tarazlıq dəyişib, cinayətləri, qətlləri cavabsız qalmır.
Digər tərəfdən, Məscidül-Əqsaya edilən hörmətsizliyin ardınca, bu səhər onlarla yəhudi mühacir işğalçı qüvvələrin dəstəyi ilə Məscidül-Əqsaya basqın edib. Bunun nəticəsində, sionist qüvvələri ilə fələstinlilər arasında qarşıdurma yaşanıb".